Xəbər lenti

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 25-də Mingəçevir şəhərində Ağdaş, Bərdə rayonlarının, eləcə də Yevlax və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, qəbul Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 172) saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 22-09-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma