Xəbər lenti

UFC kateqoriyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov dünən baş verən qalmaqala münasibət bildirib.

Axar.az xəbər verir ki, atası döyüşdən sonra etdiyi sərt hərəkətlərə görə oğlunu cəzalandıracağını deyib. “Sən oktaqonda nə istəyirsən, edə bilərsən. Ondan kənarda isə qadınlar, uşaqlar və yaşlı insanlar var. Oğlumun hərəkətləri qəbuledilməzdir”, – atası bildirib.

İdmançının atası həmçinin qeyd edib ki, komandanın rəhbəri olaraq bütün məsuliyyəti öz üzərinə götürür.

Qeyd edək ki, dünən Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla qarşılaşmadan sonra onu təhqir edən azarkeşə hücum edib. Onun bu addımı UFC rəhbərliyinin narazılığına səbəb olub. Hətta UFC prezidenti Deyna Uayt Həbibin kəmərinin əlindən alına biləcəyini də istisna etməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 8-10-2018, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma