Xəbər lenti

 

"Amazon” şirkəti əməkdaşını işdən qovub.

"Amazon” şirkəti müştərilərinin elektron ünvanın saytdakı müstəqil satıcılardan birinə verən əməkdaşını işdən qovub.

Şirkətin administrasiyası zərərçəkən müştərilərini xəbərdar etdiyini bildirib və əlavə edib ki, həmin satıcı "Amazon” saytında bloklanıb. Şirkət işdən azad edilən əməkdaşın və üçüncü tərəf olan satıcının şəxsiyyəti haqqında hər hansı məlumat açıqlamayıb.

Ötən ay "Wall Street Journal” nəşrində dərc olunmuş yazıda bildirilirdi ki, "Amazon” şirkəti öz əməkdaşlarının pul müqabilində müştərilərin şəxsi məlumatlarını "Amazon” saytında öz mallarını satan üçüncü şəxslərə ötürməsi ilə bağlı araşdırmalar aparır.(AZƏRTAC)




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 9-10-2018, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma