Xəbər lenti

 

Çörəyin içindən sarğı binti çıxıb.

Hadisə Türkiyədə Alimpaşa Küpçü adlı vətəndaşın başına gəlib. Vətəndaş bildirib ki, o, çörəyi ancaq bir dükandan alır, amma bu dəfə inandığı çörək dükanı ümidləri doğrultmayıb. Səhər yeməyi zamanı ailəsi ilə birlikdə masa arxasında oturan Alimpaşanın oğlu çörəyi kəsərkən içindən yara binti çıxıb.

Qarşılaşdıqları mənzərədən sonra ailənin səhər yeməyi yarımçıq qalıb. Dərhal çörəyi götürərək dükana gedən vətəndaş şikayət edib. Dükan sahibinin isə heç “tükü tərpənməyib” və cavabında bildirib ki, işçinin barmağı kəsildiyi üçün sarıqlıymış və xəmir yovurarkən bint xamıra qarışaraq barmağından çıxıb. \\moderator.az




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 15-10-2018, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma