Xəbər lenti

 

Xarici ölkə vətəndaşları Azərbaycana Asan Viza ilə asanlıqla gələ bildikləri kimi, Azərbaycan vətəndaşları da bu ölkələrə Asan Viza ilə gedə biləcəklər.

Hazırda Elektron Hökümətin İnkişafı Mərkəzinin üzərində işlədiyi ASAN Viza 2 layihəsi ilə real ola bilər. Bu barədə açıqlama verən Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirir ki, xarici ölkələr Asan Viza 2 konsepsiyasını qəbul etsələr, həm Azərbaycan vətəndaşları, həm də onların işi dəfələrlə yüngülləşmiş olacaq.

Yeni konsepsiyanın əsas məqsədi budur ki, Azərbaycan vətəndaşları xaricə gedəndə səfirliyə yox, elektron hökümət portalına daxil olsunlar və bununla da vətəndaşların işi bitmiş hesab olunsun. Pasportu isə vətəndaşlar ASAN xidmətə təqdim edib, viza hazır olanda elə ordan da götürürlər.

Fariz Cəfərovun sözlərinə görə, artıq məsələ ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə müzakirələr aparılır və bir çox səfirliklər bu təklifi çox müsbət qiymətləndiriblər.

Qeyd edək ki, Asan Viza sistemini Azərbaycan hazırda ancaq xarici ölkə vətəndaşlarına tətbiq edir. İndiyədək 824 min xarici vətəndaş bu viza ilə Azərbaycana səyahət edib. Onların 200 mini isə Asan Vizanı elə hava limanlarında əldə ediblər. Bu sistemin Azərbaycan vətəndaşları üçün tətbiqi real olsa, həm Avropa Birliyi ölkələri, həm də digər ölkərə gediş daha asan olacaq. \\Xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 525          Tarix: 15-10-2018, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma