Xəbər lenti

 

Saçların ağarma səbəbləri hələ də araşdırılmağa davam etdirilir. Saçların ağarmasına bir çox amillər səbəb olur ki, məqaləmizdə sizi onlarla tanış edəcəyik.

Qocalmaq

İnsan bədəni qocaldıqca digər orqanlarla yanaşı bu, saçlarda da özünü biruzə verir. Səbəb isə saçların rəngini təmin edən piqmentin vaxt keçdikcə melanin istehsal etməyi azaltmasıdır. Melaninin azalması isə saçların ağarmasına səbəb olur.

Travmalar

İnsanın anidən aldığı pis xəbər və mənəvi cəhətdən yaşadığı çöküntü də saçların ağarmasına səbəb ola bilər. Hətta çox nadir hal olsa da, bir gecədə saçların ağarmasını da müşahidə etmək olar.

Genetik faktorlar

Genetik faktorlar da saçların ağarmasında mühüm rol oynayır. Xüsusilə, valideynlərdə erkən yaşda saçlar ağarmağa başlayıbsa, sizin saçlarınızın da erkən yaşlarda ağarması qaçınılmaz ola bilər.

Qalxanabənzər vəz xəstəlikləri

Saç folekullarında mühüm rola sahib olan T3 və T4 hormonları, qalxanabənzər vəz xəstəliklərində saçların ağarmasına səbəb olan faktorlardan biri hesab olunur. \\hekimtap.az




Ana səhifəyə qayıt        Baxış: 162          Tarix: 18-10-2018, 22:18      


Paylaş:   

Ən çox oxunanlar