Xəbər lenti

 

“Buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır”

Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib: "Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir".




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 1-11-2018, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma