Xəbər lenti

 

Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı avqustun 18-i saat 16:50-dan etibarən təmir işləri başa çatanadək Göyçay şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün səhər saat 08:25-dən etibarən isə eyni magistral qaz kəmərində aparılan təmir işləri ilə bağlı Ucar və Zərdab rayonlarının qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 20-i günün ikinci yarısına planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 19-08-2019, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma