Xəbər lenti

Bu gün Bakıda “Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” sub-regional seminar işə başlayıb.

Seminarda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu, MDB Dövlətlərarası Statistika Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi, Almaniya, Belarus. Bolqarıstan. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri iştirak edir.

İki gün davam edəcək seminarda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir:

“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyur. Dövlət qurumlarının reyestr bazaları Dövlət Statistika Komitəsinin reyestr bazasına inteqrasiya olunmalıdır. Bunun üçün beynəlxalq qurumlarının dəstəyinə böyük ehtiyac var”.

Azərbaycanın Baş nazirin müavini Əli Əhmədov seminarın qarşıya qoyduğu məqsədlərə nail olacağına inandığını söyləyib:

“İnanıram ki. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün uğurlu konsepsiya ortaya qoyacaqsınız”.

Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 2030-cu ilə qədər yoxsulluğa son qoymaq üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 17 məqsəd müəyyənləşdirilib:

“Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir. Statistik məlumatların toplanması həyata keçirilən siyasətin daha da təkmilləşməsinə gətirib çıxarıb. Rəsmi statistikada xüsusən qızların erkən nikaha daxil olması, zorakılıq, küçə uşaqları və digər istiqamətlər üzrə həyata keçirilib. Bu tədqiqatlar bizə ölkə üzrə real vəziyyəti qiymətləndirməyə imkan verir”.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai Dayanıqlı İnkişaf Məqsədlərində kiminsə kənarda qalmamalı olduğunu vurğulayıb:

“Bunun üçün rəsmi statistikanın önəmi böyükdür. İnanıram ki, Azərbaycanda bu sahələrdə görülən işlər barədə məlumatlar, statistika YUNİSEF vasitəsi ilə BMT-yə çatdırılacaq. Azərbaycan könüllü olaraq Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatı iyulda Nyu-Yorkda təqdim etmək təşəbbüsü ilə çıxış edib. BMT qurumlarının bu sahədə Azərbaycana dəstək verməsi vacibdir. BMT bu yaxınlarda qəbul edilmiş yol xəritələri üzrə də Azərbaycana dəstək vermək niyyətindədir”.

Daha sonra tədbir çıxışlarla davam edib.

Vasif Həsənli/

Bu gün Bakıda “Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” sub-regional seminar işə başlayıb.

Publika.az xəbər verir ki, seminarda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu, MDB Dövlətlərarası Statistika Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi, Almaniya, Belarus. Bolqarıstan. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri iştirak edir.

Vasif Həsənli/Publika.az/

Ana səhifəyə qayıt        Baxış: 885          Tarix: 30-05-2017, 15:02      

Xəbəri paylaş

Paylaş:   

Prizma