Xəbər lenti

 

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsinin yoxa çıxması məsələsi araşdırılır.


Ovqat.com bildirir ki, bunu Oxu.Az-a açıqlamasında özünü Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Gülnar adlı xanım şairin yaşadığı binaya vurulan xatirə lövhəsinin 2017-ci ildə yoxsa çıxmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, lövhənin kim tərəfindən və niyə götürüldüyü məlum deyil:


"Hazırda məsələ Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılır. Bir cavab olan kimi məlumat veriləcək. Xatirə lövhəsi 2017-ci ildə tarixi binanın fasadı yenilənəndə götürülüb. Amma sonradan yerinə qoyulmayıb.


Lövhəni kim tərəfindən və niyə götürüldüyü məlum deyil. Hazırda araşdırma gedir. Lövhənin təmirdən sonra niyə yerinə qoyulmadığı müəyyənləşdiriləcək. İndi həmin ünvanda özəl bağça yerləşir".


Qeyd edək ki, Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədəki həmin evdə yaşayıb.


Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazıb.




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 9-09-2019, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma