Xəbər lenti

 

Rusiyanın Samara vilayətindən azərbaycanlı miqrantlar deportasiya olunub.

"Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, ərazidən çıxarılanlar arasında azərbaycanlılarla yanaşı, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları da olub. Onlar bir həftə ərzində şəhərdən çıxarılıblar.

Məlumata görə, cari il ərzində bölgədə qanunsuz yaşayan 708 əcnəbinin 338 nəfəri öz hesabına ölkələrinə qayıdıblar.

Miqrant qanunvericiliyini pozan bu şəxslər beş ildən tez Rusiyaya qayıda bilməzlər.




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 18-12-2019, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma