Xəbər lenti

 

Çimərlik mövsümünün açılışına təxminən bir həftə qalıb. Bu isə bəzi çimərliklərə girişin hələ də ödənişli olması məsələsini aktuallaşdırıb. Belə ki, bəzi çimərliklərin hər tərəfi hasarlanıb və giriş üçün ödəniş tələb olunur. Bu isə tam qanunsuzdur.

Kimisi 5 metrəyə yaxın hasar qaldırıb.

Kimisi isə Məftil çəpərlərlə dənizə girişi bağlayıb. Kadrlar Xəzər dənizi sahillərində olan çimərliklərdəndir. Sahildə olan çimərliklər hasar və çəpərlərlə əhatələnib.

Obyektlərə nəzarət edənlər şəxslərin bəziləri girişin ödənişli olduğunu etiraf etsələr də, bəziləri isə bu iddiaları yalanlayırlar.

Bəzi çimərlik sahiblər isə sadəcə göstərdikləri xidmətin pulunu aldıqlarını deyirlər.

BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun sözlərinə görə, bütün çimərliklərə giriş pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Ödəniş sadəcə orada göstərilən xidmətlərin qarşılığında tələb oluna bilər.




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 8-06-2017, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma