Xəbər lenti

 

Almaniyanın və dünyanın ən aparıcı avtomobil istehsalçılarından olan “Mercedes” ABŞ-da 744 min avtomobili əhatə edəcək bir geriçağırma kampaniyasına start verib. 

2001-2011-ci illər arasında ABŞ-da satılmış “C klass”, CLK, CLS və “E klass” modellərin panoramik şüşə tavanlarının yerindən çıxma riski olduğu aşkarlanıb.  

Bununla əlaqədar “Mercedes” markasını istehsal edən “Daimler” şirkəti bu modelləri geri çağırmağa hazırlaşır. 

Qeyd edək ki, “Mercedes Benz” ötən il ABŞ-dan 1.4 milyon avtomobili geri çağırdığı üçün 20 milyon dollar cəzaya məhkum edilmişdi. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 276          Tarix: 6-01-2020, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma