Xəbər lenti

 

17:53

Biz dəfələrlə demişik ki, seçicinin harada qeydiyyatda olması qanun pozuntusu deyil. Seçicinin qeydiyyatda olmadığı seçki məntəqəsində səs verməsi qanun pozuntusudur.

Bunu MSK-nın sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, MSK sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırır. Onun sözlərinə görə, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var:

“Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır”.

MSK üzvü Rövzət Qasımov isə indiyədək 200-ə yaxın video araşdırdıqlarını bildirib.

Qeyd edək ki, MSK katibi Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının seçki pozuntusu ilə bağlı sosial şəbəkələrdə yayılan 300 videonu araşdırdığını bildirmişdi. \\Axar




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 14-02-2020, 00:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma