Xəbər lenti


Xüsusi karantin rejiminin yumşaldılması COVİD-19 virusuna yoluxma təhlükəsinin sovuşduğu anlamına gəlməməlidir. Əksinə, indi hər birimizdən daha çox məsuliyyət tələb olunur. Əgər xüsusi karantin rejiminin sərt olduğu dönəmdə prosesə əsasən dövlət qurumları nəzarət edirdisə, indi nəzarətçi funksiyasını daha çox vicdanımız yerinə yetirəcək.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli sosial şəbəkə hesabında yazıb:
"Xüsusi karantin rejiminin yumşaldığı bu dönəmdə bir fərd və xalq olaraq bütün mənəvi keyfiyyətlərimiz, nə qədər məsuliyyətli bir toplum olub-olmadığımız ortaya çıxacaq. İndi taleyimiz bir-birimizdən asılıdır. İstənilən məsuliyyətsiz davranış çox böyük faciələrə səbəb ola bilər.
İndi “hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipi ilə hərəkət etməyin, bir-birimizin sağlamlığını, həyatını qorumaq naminə daha ehtiyatlı davranmağın zamanıdır.", deyə Mirzəbəyli qeyd edib.
Elçin Mirzəbəyli hesab edir ki, indi Azərbaycanlı olmağımızın, insanlığımızın əsas göstəricisi məsuliyyətdir: "Bütün digər mənəvi keyfiyyətlərimiz, mərhəmət hissimiz, yaxşı ailə başçısı, yaxşı dost, yaxşı qardaş, yaxşı bacı, yaxşı qohum, yaxşı insan olmağımızın bütün elementləri məsuliyyət sözünün məhz indi ehtiva etdiyi mənada gizlənib və bu məna davranışlarımıza uyğun olaraq, bizim kimliyimizi daha dolğun, daha dəqiq ifadə edəcək. Biz birlikdə güclüyük". \\Telerqaf.com 



Ana səhifəyə qayıt        Baxış: 1 887          Tarix: 30-04-2020, 00:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma