Xəbər lenti


“Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:
“190 manat birdəfəlik ödəniş iki aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq, bu məsələyə baxıla bilər”.
“Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir”, - deyə nazir müavini qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 2 374          Tarix: 8-05-2020, 13:22      


Paylaş: