Xəbər lenti
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 55 №-li, 11 mart 2020-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının inşası “Ailə Park“ MMC-yə həvalə olunub.

Qeyd edək ki, yenilənən binaların sakinləri ilə “Ailə Park” MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir.

Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 faiz daha artıq və təmirli mənzillərə sahib olurlar.









Ana səhifəyə qayıt        Baxış: 1 949          Tarix: 21-05-2020, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma