Xəbər lenti
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə artırılıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nda dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi veriləcək. Hazırda isə bu rəqəm 50 faizdir.
Yeni qərar bu il fevralın 1-dən qüvvəyə minib (trend).



Ana səhifəyə qayıt        Baxış: 1 043          Tarix: 12-04-2017, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma