Xəbər lenti

 

Ev tikdirən zaman pulunuza qənaət etmək istəyirsinizsə, mütləq bəzi tələblərə əməl etməlisiniz. Ekspertlər deyirlər ki, tikintidə istifadə olunan bəzi xarici materiallar əvəzinə, yerli materiallar da istifadə edilə bilər. Bu isə tikinti zamanı büdcəyə azı 30-40 faiz qənaət deməkdir. Bu gün bazarlarda apardığımız müşahidə də yerli və xarici mallar arasındakı qiymət fərqini ortaya çıxardı.

Yay mövsümünün gəlişi ilə fərdi ev tikdirənlərin də sayı artıb. Ancaq düzgün və yerində seçilməyən tikinti materialları evin baha başa gəlməsinə səbəb olur..

Daşınmaz əmlak üzrə ekspertlər ev tikdirənləri diqqətli olmağa çağırırlar. Ekspert Şirin Şərifov deyir ki, ev tikdirmək istəyənlər bəzi nüanslara əməl etməklə, pullarına xeyli qənaət edə bilərlər. Bunlardan başlıcası xarici tikinti materialları əvəzinə, yerli malların alınmasıdır.

Şirin Şərifovun sözlərinə görə, xaricdən gətirilən kafel-metlax ilə, ölkəmizdə istehsal olunan kafel-metlaxların qiymətlərində azı 30-40 faiz fərq var.

Pula qənaət etmək üçün, evin boru və elektrik sistemi ilə yanaşı, santexnika sistemi də yerli istehsal malları ilə qurula bilər.

Bazarlarda xarici və yerli istehsal tikinti materialları arasında apardığımız müqayisə də ciddi qiymət fərqini ortaya çıxardı.

Ümumi hesablamalar onu göstərir ki, bu yolla büdcəyə 30-40 faiz qənaət etmək mümkündür.




Ana səhifəyə qayıt        Baxış: 1 068          Tarix: 25-06-2017, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma