Xəbər lenti

 

Telefonunuzu göz qırpmaqla və gülümsəməklə idarə edə biləcəksiniz.

Ovqat.com xəbər verir ki, yeni nəsil telefonlar barmağı ekrana toxunmaqla idarə edilir. Ancaq əlləriniz dolu isə əllə toxunmaq uğurlu deyil. Google Assistant kimi səsli idarə edən seçimlər alternativ imkan yaratsa da, insanların çox olduğu yerdə bu narahatlıq yarada bilər. Ona görə də, mütəxəssislər növbəti bir seçim imkanı hazırlayıblar. Almaniyanın Kompüter qrafikləri araşdırma İnstitutu tərəfindən hazırlanan EarFS adlı yeni cihaz hazırlanıb. Bu üz cizgilərinizin hərəkəti nəticəsində qulaq əzələlərinin gərilməsini ölçə biləcək. Bu cihaz üzünüzdə və ya başınızdakı ən kiçik hərəkətləri belə hiss edəcək qədər həssasdır. Ancaq ayaq hərəkətləri hiss etmir. Beləliklə, istifadəçilər telefona toxunmadan, hətta baxmadan zənglərə cavab verə, telefonu idarə edə biləcəklər.

Bu sistem bir sıra qüsurlu şəxslərin də rahatlıqla telefon istifadə etməsinə imkan verəcək. Hələ ki, bu cihaz istifadəyə verilməyib, lakin gülüşünüzlə telefon idarə edəcəyiniz günlər uzaqda deyil. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 10-07-2017, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma