Xəbər lenti
 
Gürcüstan əhalisinin 59 faizi hesab edir ki, ölkədə milli və etnik azlıqların hüquqları pozulur.
Ovqat.com bildirir ki, APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, bu, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının (UNDP) Gürcüstanda insan haqları ilə bağlı keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
5 min respondentin iştirak etdiyi sorğu 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək keçirilib. Nəticələrə əsasən, sorğuda iştirak etmiş milli və etnik azlıq nümayəndələrinin 39 faizi düşünür ki, onların hüquqları pozulmayıb.
Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsindən olan respondentlərin yalnız 4 faizi hesab edir ki, onların hüquqları pozulur. Ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda isə bu göstərici 6 faiz təşkil edir.
Sorğuda iştirak etmiş respondentlərin 64 faizi Gürcüstanda insan haqlarının tam qorunduğu fikrindədir. Onların 50 faizini hesab edir ki, insan haqlarının müdafiəsi mexanizmləri barədə məlumatlar cəmiyyətin bütün qrupları üçün bərabər səviyyədə əlçatan deyil.



Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 26-07-2017, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma