Xəbər lenti

 

Suraxanı rayonu Yeni Günəşli ''V'' yaşayış massivində 12 saylı binada yaşayan sakinlər məhəllələrində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsindən narazıdırlar.

Ovqat.com bildirir ki, onların iddiasına görə, yeni binanın tikilməsi ilə məhəllədə olan yaşıllıq məhv olacaq. Bundan əlavə hazırda 9 mərtəbəli binada yaşayanların istirahəti və gəzintisi üçün ayrılmış zolaq da məhdudlaşacaq.

Bir neçə gündür ki, binanın qarşısı hasara alınıb və ərazidə qızğın işlər gedir.Sakinlər yeni tikilinin yaşadıqları binaya çox yaxın yerləşəcəyindən də narazıdırlar.

İnşaat işlərini həyata keçirən şirkətin nümayəndəsi Əhməd Əhmədovun sözlərinə görə ərazidə 1 bloklu 16 mərtəbəli yaşayış binası olacaq. Bunun üçün bakı şəhər icra hakimiyyətindən rəsmi qayda da icazə alınıb. Onun sözlərinə görə tikinti zamanı bütün normativlər nəzərə alınacaq və yaşıllıqlar qorunacaq.

Şirkət nümayəndəsi bildirib ki, bina tam hazır olandan sonra ətrafda yeni ağaclar əkiləcək və istirahət zonası abadlışdırılacaq. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Sakinlər yeni binanın tikintisindən narazıdırlar




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 26-07-2017, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma