Xəbər lenti

"WhatsApp" ödənişsiz messencerinin gündəlik auditoriyasının sayı 1 milyard nəfəri ötüb.

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, bu barədə messencerin rəsmi saytında məlumat verilib.

"Telegram", "Viber", "Mail.Ru", VK kimi rəqiblərinin olmasına rəğmən, "WhatsApp"ın istifadəçilərinin sayı getdikcə artır. Ekspertlər bunu messencerin funksional imkanları və bütün yaş qruplarından olan istifadəçilərin bunlara asanlıqla uyğunlaşması ilə əlaqələndirir.

"WhatsApp"ın təkcə bir gündən sonra silinən status auditoriyasının sayı 250 milyon nəfər təşkil edir. "İnstagram" sosial şəbəkəsində də bu göstərici təxminən eynidir.




Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 27-07-2017, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma