Xəbər lenti

 

İsti hava ürək-damar sisteminə düşən gərginliyi və nəticədə ürək tutması, infarkt və insultun riskini xeyli artırır.

Bu səbəbdən isti havada ürəyi mümkün qədər qorumaq lazımdır, bu xüsusilə ürək-damar sistemi xəstəlikləri olan və həmçinin yaşlı insanlara aiddir.

Kardioloqların isti havada insanlara əsas tövsiyələri bunlardır:

1. Ürək-damar sistemi xəstəlikləri olan insanlar yayın əvvəlində profilaktik olaraq müalicə həkiminin müayinəsindən keçməlidir.

Əgər sizə həkim tərəfindən hər hansı ürək preparatları təyin olunubsa, onları vaxtı-vaxtında qəbul edin, həkimlə məsləhətləşmədən dozalanmanı azaltmayın.

2. Gün eynəyi və baş örtüyü mütləqdir!

3. Enli, sıxmayan, açıq rəngdə olan, təbii parçalardan tikilmiş paltarları geyinin.

4. Buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa, gun ərzində 2 l qədər adi təmiz su için. Çölə çıxanda yanınızda mütləq su butulkasını saxlayın. Susuzlaşmanın inkişafına yol verməyin!

5. Yağlı, qızardılmış, duzlu qidalardan, şirniyyatlardan imtina edin. Qidalanmanızın əsas hissəsini meyvə-tərəvəz, yarmalar, tam taxıllı çörək, süd məhsulları təşkil etməlidir. Ətin istehlakını azaldın. Qidalanmanıza kalium və maqneziumla zəngin olan məhsulları daxil edin (ərik, pomidor, kişmiş, banan, badam, qoz, keşyu, acı şokolad və s.). Bu 2 maddə ürəyi qoruyur.

6. Çölə yalnız səhər (10-11.00 qədər) və axşam saatlarında (17-18.00-dan sonra) çıxın.

7. Ağır fiziki işlə məşğul olmayın! /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 020          Tarix: 28-07-2017, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma