Xəbər lenti
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1456 qəlpə, 20 tank əleyhinə “TM-57” minasının partladıcısı (MVZ-57) və 1 ədəd “TM-57” minasının gücləndiricisini aşkar edərək zərərsizləşdiriblər. Ümumilikdə 45 min 236 kvadratmetr ərazi yoxlanılıb.
Ovqat.com xəbər verir ki, ANAMA-dan AZƏRTAC-a verilən xəbərə görə, 60 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi səkkiz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 935 min 360 kvadratmetr ərazi yoxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 093          Tarix: 18-04-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma