Xəbər lenti

 

Benzinin qiyməti son zamanlar sürətlə qalxır. Lakin bu o demək deyil ki siz təcili hibrid tipli qənaətcil avtomobil almalısınız. Aşağıdakı məsləhətlər sizin yanacaq sərfiyyatınızı 10% qədər azalda bilər:

Maşını mütəmadi olaraq texniki baxışdan keçirin. Avtomobilin bütün silindrləri tam güçü ilə işləyəndə onun mühərriki daha az yanacaq tələb edir. Müasir maşınların mütəmadi baxışa daha az ehtiyacı olur amma istehsalçı tərəfindən müəyyən edilmiş intervallarda maşınızı baxışdan keçirməsəniz əmin olun ki bir çox problemlər ilə üzləşəcəksiniz, o cümlədən də yüksək benzin sərfiyyatı ilə.

Yağı vaxtında dəyişin. Bunu hamımız bilirik amma hamımız vaxtı vaxtında etmirik. Bundan başqa əmin olun ki maşınıza tam uyğun olan yağdan istifadə edirsiniz. Bunun üçün avtomobilin texniki təlimatına nəzər yetirin. Yağ maşının ehtiyat hissələrinin arasında olan təmasını yüngülləşdirir və daha effektiv edir və bu da nəticədə yanacaq xərcini azaldır.

Təkərlərin balansına nəzarət edin. Təkərlər boş olduğu zaman, mühərrik maşını hərəkətə gətirmək üçün daha çox güc sərf edir. Bu da təbii ki daha çox benzin tələb edir. Təkərlərin havası 5% əskik olduğu halda, bu yanacaq sərfiyyatını 1% artırır. Bundan başqa şinlərin köhnəlməsi də sürətlənir. Təkərlərin balansını ən azı ayda bir dəfə yoxlatdırın.

Xüsusi şinlərdən istifadə edin. Bazarda bir çox şin var və sürücülərin əksəriyyəti adətən ən ucuz olanı seçir. Lakin belə seçim heç də sizin benzinə qənaət etmək istəyinizlə uyğun gəlmir. Bu baxımdan sizə xüsusi eko-şinlərdən istifadə etmək məsləhət görülür. Onlar adi şinlərdən biraz baha olsa da, hərəkət zamanı müqaviməti azaltmaqla yanacağın 5% qədər az istifadəsini təmin edir.

Yolunuzu azmayın.Yolu azmaq benzin israfçılığın ən "yaxşı" yoludur:)Bunu etməyin! Tanımadığınız yerə gedərkən mütləq əvvəlcədən xəritəyə nəzər yetirin. Ovqat.com meslehetdir.com-a istinadən bildirir ki, yolu, döngələri, yadda saxlayın. Və ya maşınınıza naviqator sistemi quraşdırın. Müasir naviqatorlar istənilən ünvana qədər yanacaq sərfiyyatı baxımından ən effektiv yolu sizə göstərmək iqtidarındadır.

Kondisioner. Kondisionerdən istifadə bəzi hallarda benzin yanmasını 20% qədər artırır. Təbii ki müəyyən hava şəraitindi kondisionerdən imtina etmək mümkün deyil. Lakin bir çox hallarda kondisionerə ehtiyac olmadığı halda biz ondan istifadə etməyə davam edirik.

Baqajı boşaldın. Çox vaxt elə olur ki hansısa əşyalar yaddan çıxıb maşınımızda qalır və biz onları aylarla daşıyırıq. Artıq yük maşının hərəkətini əngəlləyir və mühərrikin daha çox yanacaq sərf etməsinə gətirib çıxarır. Bundan başqa həmin artıq çəki maşının sürət yığmasına və yavaşlamasına da mənfi təsir göstərir. Hesablamalara görə avtomobildə daşınan hər 30 kg benzin sərfiyyatını 1% artırır. Ona görə maşının baqajınıza əl gəzdirin. Çox güman ki ordan 30 kiloluq lazımsız yük çıxacaq.

Maşını sərt sürməyin. Maşını idman üslubunda yəni, kəskin manevr etməyərək sürmək lazımdır. Bütün manevrlər hamar və yavaş olmalıdır. Aqressiv sürmə həmişə daha çox benzin tələb edir.

Sürəti azaldın. Maşını yavaş sürmək yanacaq qənaətində böyük rol oynayır. Yüksək sürətlərdə avtomobilin mühərriki daha çox yanacaq tələb edir. Çalışın 80-90 km/s aşmayın.

 




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 12-08-2017, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma