Xəbər lenti

 

Slovakiyanın "ESET" informasiya texnologiyaları şirkəti Azərbaycanda 2017-ci ilin iyul ayında zərərli proqram təminatlarının fəaliyyətinə dair hesabat açıqlayıb.

Ovqat.com bildirir ki, şirkətdən "Report"a verilən məlumata görə, hesabat "ESET Live Grid" bulud sistemi vasitəsilə tərtib olunub.

"ESET" mütəxəssisləri bu qənaətə gəliblər ki, "Stantinko" adlı geniş yayılmış kiberhücumun məqsədi arzuolunmaz reklamların yayılmasıdır. Bu təhlükə azı 2012-ci ildən mövcuddur və hazırda təqribən 500 min kompüteri əhatə edib. Virusun qurbanları sırasında Rusiya və Ukraynadan olan kompüter istifadəçiləri üstünlük təşkil edir.

Bununla belə, Azərbaycanda "Stantinko" elə də aktiv deyil. Arzuolunmaz reklamların nümayişinə digər proqramlar (JS/Adware.BNXAds, Win32/Adware.PBot və s.) liderlik edirlər. Amma ölkədə reklamla bağlı zərərli proqram təminatlarının sayı artıb.

Qeyd edək ki, bu ilin may ayında Azərbaycandan olan "ESETNOD32" antivirus proqramının istifadəçilərinin 7,06%-i kompüterlərinin zərərli proqram təminatlarına yoluxma cəhdləri ilə üzləşiblər.




Ana səhifəyə qayıt        Baxış: 742          Tarix: 15-08-2017, 20:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma