Xəbər lenti

 

Güclü günəş küləyinin axınının səbəb olduğu maqnit qasırğası bir neçə saatdan sonra öz pik nöqtəsinə çatacaq.

Ovqat.com oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının alimi Anatoli Belov məlumat verib.

"Günəşdə Yer kürəsinə tərəf istiqamətlənən güclü günəş küləyi ilə müşahidə olan "tac dəliyi" əmələ gəlib", - o deyib.

Alimin sözlərinə görə, geomaqnit qasırğa dörd balla qiymətləndirilib (doqquz ballıq cədvəl üzrə). O həmçinin qeyd edib ki, insana həm güclü, həm də zəif geomaqnit qasırğa təsir edir.

TESİS kosmik laboratoriyasının son məlumatına əsasən, avqustun 15-də Günəşdə üç güclü partlayış baş verib.




Ana səhifəyə qayıt        Baxış: 1 567          Tarix: 17-08-2017, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma