Xəbər lenti
 

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən "Aztoday.az", "İnfoaz.org" və "Xural.com" internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.




Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 18-08-2017, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma