Xəbər lenti

 

Avtomobil satışı ilə məşğul olanlar maşını baha satmaq üçün spidometrə müdaxilə edirlər. Spidometrdə gedilən məsafəni azaldaraq alıcını aldadır və onun daha çox pulunu mənimsəyirlər. "Xəzər Xəbər" spidometrinə müdaxilə edilən avtomobilləri necə aşkar etməyin yollarını araşdırıb.

Avtomobil satışı ilə məşğul olan bəzi işbazlar maşınların spidometrlərinə müdaxilə edir və avtomobilin az məsafə getdiyi qənaəti yaradırlar. Bu yolla avtomobil real qiymətindən baha qiymətə satışa çıxarılır. Bununla da alıcılar aldadılır və onların pulları mənimsənilir.

Ekspert Elçin Abbasov deyir ki, vətəndaşlar avtomobil alan zaman onun spidometrinə müdaxilə olunub-olunmadığını müəyyən edə bilərlər. Bunun üçün bir neçə metoddan istifadə olunur.

Elçin Abbasov deyir ki, avtomobil şirkətləri spidometrə müdaxilənin qarşısını almaq üçün bir neçə üsuldan istifadə edirlər. Ancaq bu, yenə də dələduzların avtomobilin göstəricilərinə müdaxiləsinin qarşısını tam almaqda yetərsizdir.

Mütəxəssisin sözlərinə görə, bəzi avtomobillərin göstəriciləri avtomatik olaraq onlayn rejimdə brendin internet resurlarında əks olunur. Buna görə hazırda yalnız həmin avtomobillərin spidometrlərinə müdaxilə mümkünsüzdür.

Bəs avtomobilin göstəricilərinə müdaxilə edən şəxslər üçün qanunda hansısa cəza nəzərdə tutulurmu? Hüquqşünas Asif Abdullayev deyir ki, bu hallarda avtomobil satışını həyata keçirən şirkətlər və rəsmi qaydada bu işlə məşğul olan fiziki şəxslər üçün iri həcmdə pul cəzası və hətta azadlıqdan məhrumetmə tətbiq edilə bilər.

Əgər keyfiyyətsiz avtomobilin satılmasına görə insan sağlamlığına zərər dəyərsə, onda belə şəxsləri 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 1 038          Tarix: 4-09-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma