Xəbər lenti

 

Çimərlik mövsümünün yekunlaşmasına az qalıb. Amma buna baxmayaraq, hələ də dənizə - çimərliklərə üz tutanlar var. Elə sıradakı süjetimiz də çimərliklər barədədir.

Təxminən 5 günə çimərlik mövsümü bağlanacaq. Lakin mövsümün son günlərini dəyərləndirənlər heç də az deyil.

Müşahidələrimiz onu deməyə əsas verir ki, həm özəl çimərliklər, həm də girişi pulsuz olan məkanlar müştəri sarıdan korluq çəkmir. Hətta bəzi çimərliklərdə çalışanlar deyirlər ki, bəzən gecə yarısına qədər xidmət göstərirlər.

İstirahətə gələnlər isə hava şəraitinə baxmayaraq, dəniz suyunun temperaturunun onları qane etdiyini deyirlər. Hətta bəziləri yalnız yay mövsümünün sonunda çimərliyə gəldiyini söyləyir:

Ümumiyyətlə isə hər il sentyabr ayının 15-i çimərlik mövsümü başa çatır.




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 10-09-2017, 22:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma