Xəbər lenti

"Azərbaycan prezidenti İlham Əliyevin "Turan" İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi barəsində verdiyi göstəriş təqdir olunası addımdır". Bunu deyən millət vəkili Fazil Mustafanın  sözlərinə görə, bu, ölkə başçısı tərəfindən atılan növbəti bir humanist addımdır: "Belə tanınmış jurnalistin və ictimai-siyasi aktiv şəxslərin həbsləri ölkəyə müsbət imic  gətirmir. Odur ki, Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi müsbət addımdır". Millət vəkili bildirib ki, əgər Mehman Əliyevin azadlıqda olması istintaq prosesinə maneçilik törətmirsə, əksinə yardım edirsə niyə də onun barəsində belə bir qərar çıxarılmasın: "Burada hər hansı qəbahət yoxdur. Mehman bəy hər hansı dövləti və korrpusiya xarakterli cinayət törətməyib ki, onu həbsdə saxlasınlar. Ola bilər insanıq, jurnalist fəaliyyəti ilə bağlı hər hansı problem varsa, istintaq araşdırsın. O baxımdan bir daha təkrar edirəm ki, ölkə başçısının Mehman Əliyevlə bağlı qərarını təqdir edirəm". 




Ana səhifəyə qayıt        Baxış: 1 076          Tarix: 11-09-2017, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma