Xəbər lenti
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri, Heydər Əliyev Fondu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki mərhələdən ibarət ənənəvi keçirilən olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub. Bu il təşkil olunan ümumrespublika tədbiri sayca 12-cidir.
Olimpiadada hər bir ali təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası ikinci (final) mərhələyə vəsiqə qazanacaq. Hər komanda 1 nəfər rəhbərdən (müəllim) və 3 nəfər iştirakçıdan (tələbə - bakalavr) təşkil olunmalıdır.
Cari ildə olimpiadanın ilk mərhələsinin aprelin 29-da, növbəti (final) mərhələsinin isə mayın 6-da keçirilməsi planlaşdırılır. Olimpiadada iştirak etmək üçün 2017-ci il aprelin 21-dək qeydiyyatdan keçmək zəruridir (http://www.olimpiada.az). İlk mərhələ saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcək.
Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.



Ana səhifəyə qayıt        Baxış: 1 395          Tarix: 2-04-2017, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma