Xəbər lenti

 Mayın 4-də Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir  ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaqlar. Qiymətləndirmə üç gün davam edəcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin, həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.




Ana səhifəyə qayıt        Baxış: 1 149          Tarix: 4-05-2017, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma