Xəbər lenti

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yaponiyanın “Nippon” Fondunun (Nippon Foundation) təşkil etdiyi “Oxuyan Yaponiya” adlı qrant müsabiqəsinin qalibi olub.

Maarifçilik fəaliyyəti ilə dünyanın tanınmış qurumlarından hesab edilən fond layihə çərçivəsində UNEC-in kitabxanasına ingilis dilində 100 kitab təqdim edəcək. Kitabların siyahısını fondun xüsusi ekspert qrupu müəyyənləşdirib. Kitablar iqtisadiyyat, biznes, siyasət, beynəlxalq əlaqələr, cəmiyyət, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrini əhatə edir.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 1-12-2017, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma