Xəbər lenti

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. 

Ovqat.com bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. 

Qeyd edək ki,  31 yaşlı prorektor “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. 

O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib. 

Günel Türksoy

 




Ana səhifəyə qayıt        Baxış: 1 394          Tarix: 4-05-2017, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma