Xəbər lenti

Son illər övladlarını ali məktəblərin qəbul imtahanlarına hazırlayan valideynlər arasında belə bir fikir hakim kəsilib: repititor yanına getmədən olmaz.

Repititor yanına, ayrı-ayrı kurslara hazırlığa gedən abituriyentlər müxtəlif dərs vəsaitləri almağa məcbur olurlar. Bu vəsaitlərin sayı isə az deyil, hətta həddindən çoxdur. Repititorların abituriyentlərdən ən çox tələb etdikləri vəsaitlər isə Dövlət İmtahan Mərkəzinin dərslikləridir. Bu dərsliklərin qiymətinə gələndə, hamı bahalıqdan şikayət edir. Demək olar ki, vəsaitlərin qiyməti hər il qalxır.

Bəs, abituriyentlər üçün nəzərdə tutulan vəsaitlərin baha qiymətə satılmasının səbəbi nədir?

“Abituriyent” jurnalı redaksiyasından Modern.az-a verilən məlumata görə, xammal və materialları baha qiymətə əldə edirlər: “Test kitabları, test topluları və vəsaitlərin qiymətləri onlar üçün çəkilmiş xərclərdən (çap, mətbəə xərcləri, müəlliflərə ödənilmiş qonorar, DSMF-ə ödənilmiş sığorta haqları, işçilərə ödənilmiş əmək haqları, daşınma xərcləri və s.) formalaşır. Qiymətlərə çap (mətbəə) xərclərinin əvvəlki illərə nisbətən artırması da təsir göstərir". 




Ana səhifəyə qayıt        Baxış: 685          Tarix: 9-01-2018, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma