Xəbər lenti

 

"Şagirdin əsas işi məktəbdə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək".

Ovqat.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: "Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər".

Xatırladaq ki, bu il Aşura günü sentyabrın 20-də olacaq.




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 12-09-2018, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma