Xəbər lenti

 

“Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” adlı texniki yardım qrant layihəsinin icrasının başlanılmasına həsr olunan tədbir keçirilib.

"Report"un xəbərinə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iştirakçıların bu layihənin icrasında tam səylə çalışacaqlarına əmin olduğunu qeyd edib.

“KOICA” Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park layihənin Koreya texnologiyasının “nou-hausu” və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Layihə çərçivəsində “KOICA” tərəfindən qarşıdakı 36 ay ərzində müəllim hazırlığının informasiyalaşdırılması üzrə Master Plan, Elektron Tədris Sistemi, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Data Mərkəzin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub

Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 27-08-2019, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma