Xəbər lenti

 

İyunun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən “Ovqat.com”a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 8.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlanacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://www.dim.gov.az/exam/sat/ keçidindən əldə etmək mümkündür.




Ana səhifəyə qayıt        Baxış: 1 293          Tarix: 2-06-2017, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma