Xəbər lenti

 

Oktyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu keçirilib.

Forum “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.

Giriş sözü ilə çıxış edən TUMİB sədri Çingiz Bayramov tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, məqsəd ölkəmizin müstəqilliyinin bərpasından sonra Türkiyə universitetlərindən məzun olmuş Azərbaycan vətəndaşlarını forum çərçivəsində bir araya gətirməkdir. Çingiz Bayramov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Bildirib ki, Cümhuriyyətin ən parlaq səhifələrindən biri də təhsilə verilən dəyərdir. Məhz bu səbəbdən 1919-cu ildə ilk dəfə olaraq 100 azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa göndərilib. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olanda isə ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə tələbələr ən perspektivli universitetlərdə təhsil alırdılar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə gənclərimiz dövlətimiz tərəfindən Türkiyə Respublikasına və dünyanın ən nüfuzlu universitetlərinə göndərilir. Bu gün də minlərlə tələbə xarici ölkələrdə, o cümlədən Türkiyədə təhsilini davam etdirir.

Türkiyə universitetlərindən məzun olmuş Azərbaycan vətəndaşları - Tib.e.d.prof.Vaqif Qələndər, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Təhsil üzrə təmsilcisi Tevfik Ulualı, TUMİB idarə heyyətinin üzvü uzman dr.Aydın Talışınski, Filol.ü.f.d. Doç Elza Səmedli Xəzər Universitetində Humanitar Təhsil və sosial elimlər fakultəsinin dekanı, Filol.ü.f.d. Doç Lamiyə Rəhimova, filol.ü.f.d.Kəmalə Ələkbərova, iqtisadçı Fəxri Ağayev, filol.ü.f.d. Könül Abaslı, Süleyman Demirel Universitetinin doktarantı Fərid Cabbarlı, iqtisad Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi Pərviz Səmədov da çıxış edərək ayrı-ayrılıqda öz fikir və arzularını bildiriblər.

UNEC-in prorektoru Mikayıl Zeynalov forumun işinə uğurlar arzulayıb. Qeyd edib ki, iclaslarda Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın inkişafında, sosial-iqtisadi həyatında, eləcə də təhsil və elm sahəsində fəaliyyəti, onların iki ölkə arasında əlaqələrə təsir imkanları, bu istiqamətlərdə gələcək hədəflər müzakirə olunacaq.

Sonra Milli Məclisin deputatı Rəşad Mahmudov ürək-damar cərrahiyyəsi ilə bağlı elmi yeniliklərdən danışıb.

Forum panel iclaslarda öz işini davam etdirib. \\Azertag




 
 




Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 11-10-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma