Xəbər lenti

 

Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək.

Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Qeyd edək ki, tədris ili iyunun 14-də başa çatacaq. İyunun 14-də orta məktəbi bitirən məzunlar üçün “son zəng” çalınacaq.

Zülfiyyə QULUYEVA




Ana səhifəyə qayıt        Baxış: 1 307          Tarix: 5-06-2017, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma