Xəbər lenti

 

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək.

Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 2017-ci ildə də ümumi təhsil məktəblərində "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.

Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir./Trend/




Ana səhifəyə qayıt        Baxış: 1 272          Tarix: 6-06-2017, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma