Xəbər lenti


“Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydalar əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında bir şagird (abituriyent) əyləşəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, IX sinif buraxılış imtahanlarının iyun ayında keçirilməsi planlaşdırılır:
“Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. Buraxılış vərəqələri imtahan tarixindən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək”.
İlhamə Əbülfət



Ana səhifəyə qayıt        Baxış: 1 531          Tarix: 7-05-2020, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma