Xəbər lenti
27-05-2020, 22:24


Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər.

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

 
Onun sözlərinə görə, sonuncu kurs tələbələrinin biliyinin qiymətləndirilməsi əsasən iki - yekun dövlət attestasiyası (imtahanı) və yekun buraxılış işinin yazılaraq təqdim edilməsi formasında qiymətləndirilir.

Bəzi sonuncu tələbələr üçün buraxılış işinin onlayn formada, bəzi hallarda isə tələbənin iştirakı olmadan qiymətləndirilməsi nəzərdə tutulur:
“Amma müəyyən istisnalar da mümkündür.

Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin.

Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər.

Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək”.
 
C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi:

“Lakini ndiki dövr üçün yekun rəy ondan ibarət oldu ki, bu tələbələr artıq özlərini ali təhsil müəssisəsində təsdiq ediblər və hər bir məktəbin tələbəsi haqqında kifayət qədər məlumat bazası var.

Buna görə də yekun dövlət imtahanı verməli olan tələbələrin biliyinin onların təhsil müddətlərindəki orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi nəzərdə tutulub”.





Ana səhifəyə qayıt        Baxış: 2 307          Tarix: 23-05-2020, 10:51      


Paylaş:   

Ən çox oxunanlar