Xəbər lenti


Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bir neçə gün əvvəl bildirib ki, epidemioloji vəziyyətə görə ölkədə yeni tədris ilinin başlanılması təxirə salına bilər: “Sentyabrda Gürcüstan kimi digər ölkələr də COVID-19-la birgə yaşamalı olacaq. Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”.

Bəs Azərbaycanda da yeni tədris ili təxirə salına bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, Azərbaycanda tədrisin təxirə salınması gözlənilmir: “Söhbət qərardan getmir, bunu indidən necə proqnozlaşdıra bilərik ki? Sadəcə bizdə nəzərdə tutulub ki, bu ilin sentyabr ayında dərslər başlasın”.



Ana səhifəyə qayıt        Baxış: 1 058          Tarix: 4-06-2020, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma