Xəbər lenti


Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr edib.
DİM-dən APA-ya verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Kitabçanı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;(12 sentyabrdan etibarən)
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. (14 sentyabrdan etibarən)
Kitabçanın elektron versiyasını isə (PDF formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (12 sentyabrdan etibarən).

musavat.com



Ana səhifəyə qayıt        Baxış: 1 561          Tarix: 11-09-2020, 23:17      


Paylaş:   

Ən çox oxunanlar