Xəbər lenti

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 57910 şagird üçün buraxılış imtahanı keçirib.

Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və ŞəmkirGədəbəyAğstafaQazaxTovuzQəbələBalakənZaqatala, Qax, YardımlıCəlilabadBiləsuvar, ŞirvanSalyanNeftçalaHacıqabulAğdamYevlaxBərdəTərtərAğsuZərdabŞamaxıQobustanKürdəmirQusarQubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57910 şagird (IX sinif üzrə 32388, XI sinif üzrə 25522) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılmış və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır. İyulun 01-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

Magistraturaya bəzi ixtisaslara BOŞ YERLƏR QALIB- DİM




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 30-06-2017, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma