Xəbər lenti
 
Aprelin 12-də Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.
Ovqat.com Bakı şəhər Təhsil İdarəsinin saytına istinadən xəbər verir ki,müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduAzərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Dünyada “Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.
Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən “Ekoklub”ların üzvləri və ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik “bədheybətlər”in fiqurları nümayiş etdirilib.
4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar diplom və sertifikatlara layiq görülüblər. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
Müsabiqədə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı çıxış edib.



Ana səhifəyə qayıt        Baxış: 1 208          Tarix: 13-04-2017, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma