Xəbər lenti

 

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu və yerdəyişməsi qaydaları təsdiqlənib.

Ovqat.com məlumat verir ki, qaydalara görə qruplara məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə hazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan qrupa qəbul oluna bilər.

Hər hansı təhsil müəssisəsində məktəbəhazırlıq təhsili almış uşaqlar həmin məktəbdə birinci sinfə qəbul edilirlər.Yaranan vəziyyətə görə bir məktəbdə hazırlıq təhsili almış uşağin digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.

Şəhər və kənd məktəblərində qruplardakı uşaqların sayı, eləcə də dərs saatlarının həcmi də müəyyən edilib. Dərslərə oktyabrın 1-dən başlanılacaq.

Təhsil Nazirliyinin sektor müdiri Firudun Həmzəyev deyir ki, məktəbəhazırlıq qruplarını təşkil etmək üçün maddi-texniki baza lazımdır. Ona görə də bütün məktəblərdə belə qruplar yaratmaq mümkün deyil. Bu isə müəyyən kontingentin bu prosesdən kənarda qalacağı deməkdir. Müraciət zamanı növbəlilik prinsipinə üstünlük veriləcək.

Hələ ki, 5 yaşlı uşaqların yalnız 55 faizini bu prosesə cəlb etmək mümkün olub. 2020-ci ilə qədər bu rəqəmin 90 faizə çatdırılacağı planlaşdırılır. /Xezerxeber.az /

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Ana səhifəyə qayıt        Baxış: 1 055          Tarix: 5-07-2017, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma